Yenə güclü külək əsəcək
27 İyun 2014 13:17 (UTC+04:00)
Azərbaycan sinoptikləri iyunun 28-dən Azərbaycan
ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi barədə
xəbərdarlıq edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosunun direktoru Umayra Tağıyeva bildirib ki, iyunun
28-dən 29-na keçən gecədən başlayaraq Bakıda və Azərbaycanın bəzi
yerlərində güclü külək müşahidə olunacaq, havanın temperaturu
enəcək.
Onun sözlərinə görə, şimal küləyi iyunun 29-u və
30-da daha da şiddətlənəcək. Şiddətli külək iyulun 1-i gündüz
mülayimləşəcək.
U.Tağıyeva bildirib ki, güclü küləklə əlaqədar
dövlət qurumlarına xəbərdarlıq edilib.