"Xatirənin həyat yoldaşını 2 aydır ki, işdən azad ediblər"-ÖZƏL
27 İyun 2014 13:14 (UTC+04:00)
Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəyin işdən çıxarıldığı
deyilir. Mövqe.az-ın əldə etdiyi məlumata görə, Xatirə İslamın
həyat yoldaşı 2 aydır ki, işdən azad olunub. Bizə danışan mənbə
qeyd edib: "Xatirə İslamın həyat yoldaşını 2 aydır ki, işdən azad
ediblər". Mövqe.az-ın əməkdaşı Xatirə İslamla əlaqə saxlayıb. Sualı
eşidib, bir az əsəbləşən müğənni açıqlamasında bildirib: "Xeyr. Bu
doğru xəbər deyil. Mən müğənniyəm. Məndən yazın niyə həyat yoldaşım
barədə soruşursunuz. Axı o, dövlət işçisidir".
Müğənnidən həyat yoldaşının harada işlədiyini soruşanda isə o
suala cavab verməkdən boyun qaçırdı.