Bulvarda intihar etmək istəyən qız xilas edildi

27 İyun 2014 13:44 (UTC+04:00)

Bakıda qız özünü dənizə ataraq intihara cəhd edib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.


Belə ki, Bakı şəhər sakini Adilə Nağıyeva intihar məqsədi ilə özünü dənizə atıb. Qız parkın mühafizəçiləri tərəfindən xilas edilib.


İntiharın səbəbləri araşdırılır. Faktla bağlı araşdırma aparılır.