Nazirlik doğuş zamanı ölən ana barədə məlumat yayıb

27 İyun 2014 14:16 (UTC+04:00)

Daxili İşlər Nazirliyi ötən gün Zaqatala rayonunda baş verən ana ölümü ilə bağlı məlumat yayıb. 


Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Bəhmətli kəndində qeydə alınıb.


Kənd sakini İlahə Durmuşova Zaqatala rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı ölüb.


Qeyd edək ki, 1985-ci il təvəllüdlü İlahə Nəzir qızı Durmuşova doğuş üçün xəstəxanaya qəbul olunub. Onu qeysəriyyə əməliyyatı ediblər. Qız uşağı olan körpə ana bətnindən götürülüb. 


Əməliyyat başa çatandan sonra qadını ayıltmaq istəsələr də, bu mümkün olmayıb. Ana narkozdan ayılmayıb. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib. Körpənin həyatı üçün təhlükə yoxdur. 


Faktla bağlı araşdırma aparılır.