Tanınmış müğənni anasının 40-ı çıxmamış toyda - FOTO

27 İyun 2014 14:34 (UTC+04:00)
Xanəndə Elnarə Abdullayevanın iyun ayının 10-da anasını itirməsi barədə xəbər vermişdik. Yas mərasimlərinin birində anasının ölüm xəbərini alan ifaçı xeyli sarsılmışdı. Xərçəng xəstəliyindən əziyyət çəkən 78 yaşlı Süsən xanımı itirən Elnarə Abdullayeva yenidən tədbirlərdə görünüb. Show.az xəbər verir ki, anasının ölümündən 15 gün keçməsinə baxmayaraq, ifaçı Təranə Qumralın nəvəsinin toy məclisində iştirak edib. Mikrofonu əlinə alıb mahnılarını ifa edən Elnarə Abdullayevanın eksklüziv görüntülərini təqdim edirik.