5 İyul 2012 11:39 (UTC+04:00)
APA-nın məlumatına görə, bu gün Ceyms Appaturay Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq. 

NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihənin açılış mərasiminə qatılacaq, NİSA Yay Məktəbinin "Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları" mövzusunda tədbirinin iştirakçıları ilə görüşəcək. 

C. Appaturayın Azərbaycana səfəri iyulun 6-də yekunlaşacaq.