Natavan prezidentin ad gününə dəvət olundu

27 İyun 2014 19:15 (UTC+04:00)

Natavan Həbibi 16 il sonra Türkmənistana yollanıb. Orada böyüyüb boya-başa çatan müğənni yenidən doğma məkanına getməyini sevinclə qarşılayıb. Müğənni Türkmənistan prezidentinin ad günündə ifa etmək üçün dəvət olunub. 

Show.az xəbər verib ki, Natavandan başqa prezidentin ad günündə xalq artisti Azər Zeynalov və Gülüstan Əliyeva da iştirak edəcək.