Dünya ölkələrində ramazan nə vaxt başlayır?
28 İyun 2014 11:00 (UTC+04:00)
Hər il olduğu kimi bu il də İslam dünyası ramazan ayına fərqli
günlərdə başlayacaq. Movqe.az-ın ANS PRESS-ə istinadən
xəbərinə görə, Asiya, Avropa və Amerika qitələrindəki
ölkələrin əksəriyyəti ramazana bazar günü başlayacaqlar.
Asiya ölkələri arasında Yaponiya, Cənubi Koreya, Malaziya, İran,
Qırğızıstan, Özbəkistanda ramazan bazar günü, yəni iyunun 29-u
başlayır. Qazaxıstan, Tacikistan və Türkmənistanda yaşayan möminlər
bu gündən oruc tutmağa başlayıblar.
Avropada Avstriya, Fransa, Belçika, İngiltərə və İsveçrə ramazan
ayına bazar günü başlayacaq. Avropa .Müftilik Şurası isə şənbə
gününün (28 iyun) ramazanın 1-i olduğunu elan edib.
Amerikada Venesuella, Braziliya, digər Latın Amerikası ölkələri,
Karib dənizi hövzəsindəki ölkələrdə ramazan bazar günü
başlayacaq.
Qeyd edək ki, təzə ayı açıq göslə görə bilməyən Səudiyyə Ərəbistanı
rəsmiləri də ramazanın bazar günü başlayacağını açıqlayıb.
İndiyə qədər heç bir ölkədə təzə ayın görünməsi barədə xəbər
yayılmayıb. Başda Türkiyə olmaqla oruc tutmağa başlayan ölkələr
bəzi riyazi hesablamalar əsasında bu gün ramazanın 1-i olduğu
qənaətinə gəliblər.
Xatırladaq ki, Azərbayca Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası
hələ bu həftənin əvvəlində ramazanın iyunun 29-da başlayacağına
dair fətva vermişdi.