Ailəsi dağılan kişinin çürümüş meyidi tapıldı

28 İyun 2014 12:31 (UTC+04:00)
Ötən gün Qubada kişi meyidi tapılıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Külər kəndində ota yaşlı kişi meyidimdə çürümə əlamətləri olub.

Araşdırmalar zamanı həmin şəxsin kimliyi məlum olub. Məlum olun ki, bu 1978-ci il təvəllüdlü Elşən Fazil oğlu Əsədovdur. Onun uzun müddət spirtli içki aludəçisi olduğu deyilir. Hətta bir müddət Bakıda müalicə alırmış.

Onun meyidinin yanından araq butulkası da tapılıb. Ehtimal olunur ki, E.Əsədov ölməmişdən əvvəl spirtli içki qəbul edib. Meyidin üzərindən xəsarət aşkar edilməyib. Lakin Elşən Əsədovun yaxınları onun qətlə yetirildiyini iddia edirlər.

Qeyd edək ki, Elşən Əsədov spirtli içki aludəçisi olduğu üçün 8 ay əvvəl ailəsi dağılıb.

Faktla bağlı araşdırma aparılır.