Cəbhədə gecə gərgin keçib
28 İyun 2014 13:12 (UTC+04:00)
Ötən gün cəbhədə vəziyyət yenidən gərginləşib.Movqe.az xəbər verir
ki , Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində
atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan
Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan
kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız
yüksəkliklərdə, Kəmərli kəndində, Berd rayonunun ərazisindəki adsız
yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən
mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə,
Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə
tutublar.
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı
Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Baş Qərvənd,
Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri
yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.