Bakıda 1 000 manata çörək (FOTO)
28 İyun 2014 13:17 (UTC+04:00)
Sosial şəbəkələrdə Bakıda 1 000 manata çörək olduğunu əks etdirən
foto şəkil yayılıb.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir
ki, şəkil Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində
çəkilmiş çörək "budka"sına aiddir.
Köşkün üstündə, "1 000 manat çörək" – yazılıb. Həmçinin burda çörək
sözü kiril əlifbası ilə yazılıb. İstər çörəyin qiyməti, istərsə də
yazının kril əlifbası ilə yazılması bu köşkün manatın
denominasiyasından əvvələ aid olduğunu göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında
pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının
dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun
olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları
dövriyyəyə buraxılıb.