Avropa çempionatında ilk medal!
28 İyun 2014 15:00 (UTC+04:00)
Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək
kayakçılar və kanoeçilər arasında Avropa çempionatı start
götürüb.
Movqe.az xəbər verir ki ,Azərbaycan Milli Avarçəkmə Federasiyasının
mətbuat xidmətindən verilən məlumata görə, nüfuzlu yarışda
Azərbaycanı yeniyetmələrin mübarizəsində kayakçı Aleksey Solovey,
Amil Hüseynli və kanoeçi Mikita Sablin, 23 yaşadək kayakçıların
yarışında Aleksandr Piçugin, Mirnazim Cavadov və Tamerlan
Mustafayev, kanoeçilərdən isə Anatoli Melnik, Aleksey Kupin və
Taras Matviyçuk təmsil edirlər.
İyunun 27-də Matviyçuk – Kupin dueti 2 nəfərlik qayıqla (C-2) 1000
metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Onlar seçmə yürüşdə
finişə 3 dəqiqə 48,220 saniyəyə çataraq, 1-ci olublar və birbaşa
əsas finala yüksəliblər. Həlledici yürüşdə isə təmsilçilərimiz 3
dəqiqə 36,432 saniyə nəticə ilə 3-cü yeri tutublar. Qızıl medal
rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (3:34.072), gümüş medal
isə ukraynalı Yuri Vandyuk – Andrey Rıbaçok (3:35.352) duetlərinə
qismət olub.
Digər kayakçılarımız və kanoeçilərimiz qarşıdakı hələlik fəxri
kürsüyə yüksələ bilməyiblər.
Qeyd edək ki, Avropa çempionatında 32 ölkə mübarizə aparır.