Bakıda ata və oğlunun qanı töküldü

28 İyun 2014 16:08 (UTC+04:00)
Bakıda qohumların mübahisəsi qan tökülməsi ilə nəticələnib.
Movqe.az xəbər verir ki , Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə iyunun 27-də Nəsimi rayonu ərazisində baş verib.

Rövşən Fərəcov yaşadığı evdə münaqişə zəminində qohumları İlqar Həsənova və onun oğlu Emilə bıçaqla xəsarət yetirib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərəcov tutulub.