Rusiyanın reytinqi düşdü

28 İyun 2014 17:06 (UTC+04:00)
Beynəlxalq reytinq agentliyi "Moody's" Rusiyanın suveren kredit reytinqi üzrə proqnozunu "sabit"dən "mənfi"yə endirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə agentliyin rəsmi saytında bildirilib. Reytinqin özü isə Baa1 səviyyəsində qalıb.

"Moody's" Rusiyanın suveren reytinqi üzrə proqnozunun azaldılmasını geosiyasi risklərlə və orta müddətli iqtisadi artım proqnozunun pisləşməsi ilə izah edib.

Agentliyin proqnozuna görə, 2014-2018-ci illər üzrə Rusiya ümumi daxili məhsulunun orta illik artımı 1,7%- ə qədər enəcək.