Gənc oğlanın başını kəsdilər
28 İyun 2014 17:00 (UTC+04:00)
Bu gecə 04:00 radələrində Sabirabadda dəhşətli qətl olub.Movqe.az
xəbər verir ki , Rayon Prokurorluğundan verilən məlumata
görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Abbas Nazim oğlu Fətullayevin
boğazını kəsiblər. Araşdırmalar zamanı onun tanışı 1992-ci il
təvəllüdlü Araz Qabil oğlu Fərəcov tərəfindən qətlə yetirildiyi
məlum olub.
İlkin ehtimala görə, onlar şəxsi münaqişə zəminində mübahisə
ediblər. Sonradan əsəblərini cilovlaya bilməyən Araz Fərəcov
tanışını dəhşətli şəkildə öldürüb.
Polisin keçirdiyi əməliyyat zamanı tanışını həyatdan məhrum edən
Araz Fərəcov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.