Bakıda saxta endirim kampaniyasının qarşısı alındı

28 İyun 2014 18:22 (UTC+04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların çaşdırılması halı müəyyənləşdirilib.
.
Movqe.az xəbər verir ki , Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, fiziki şəxs Bağırov Elmar Eldar oğluna məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən mağazada qeyri-dəqiq reklamdan istifadə edilməsi faktı aşkarlanıb.

Mağazanın vitrinində "ENDİRİM 30-40 faiz" məzmunlu reklam yerləşdirilsə də satışda olan malların qiymətlərinə endirim tətbiq edilmədiyi sübut olunub.

Bu reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Dövlət Xidməti tərəfindən qanunsuz reklamların yayımı dayandırılıbr.

Qanun pozuntusuna yol vermiş Elmar Bağırov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.