İmtahandan qaçırılan qızdan xəbər var
28 İyun 2014 19:00 (UTC+04:00)
İyunun 18-də buraxılış imtahanına gedərkən qaçırılan Bərdə rayonu,
Gərənə kənd sakini, 14 yaşlı Ayşə Duman qızı Nəsirzadədən xəbər
var.
Movqe.az El TV-yə istinadən xəbər verir ki, rayon polis şöbəsinin
əməkdaşı Cingiz Paşayevin verdiyi məlumata görə, aparılan
təhqiqatlar zamanı Ayşə Nəsirzadəninin rayonun Dəymədağlı kənd
sakini olan Behruz adlı şəxs tərəfindən qaçırıldığı məlum olub.
Hazırda onların saxlanması üçün əməliyyat tədbirləri aparılır.