İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
28 İyun 2014 20:13 (UTC+04:00)
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Birləşmiş
Ştatların Missisipi ştatından olan respublikaçı senator Rocer
Uikerin və Nyu Cersi ştatından olan respublikaçı konqresmen
Kristofer Smitin başçılıq etdikləri ABŞ nümayəndə heyətini qəbul
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan
Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, ATƏT
Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik
sessiyasının əhəmiyyətinə toxunularaq tədbirdə səmərəli
müzakirələrin aparılacağı əminliklə qeyd olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələri,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT
Parlament Assambleyası çərçivəsində əməkdaşlığımız ilə bağlı
məsələlər ətrafında fikir mübadiləsi aparıldı.