"Miss Azerbaijan"a pul verməyəcəklər

5 İyul 2012 12:22 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, iyulun 15-də keçiriləcək "Miss Azerbaijan" müsabiqəsinin təşkilatçılarının mətbuat konfransı keçirilib. 

Konfrans zamanı müsabiqənin qalibinə pul mükafatı verilməyəcəyini bildiriblər.

 "Bu müsabiqədə qalibə pul mükafatı və ya avtomobil verilməyəcək. Qalibə rəsmi tac veriləcək, bundan başqa Malta və İngiltərədə oxumağı üçün vauçer veriləcək. Bundan başqa, qalib müsabiqənin sponsoru ilə bir illik müqavilə bağlanacaq və qalib bir il müddətində həmin şirkətin siması olacaq. Daha doğrusu qalib bir il müddətinə işlə təmin olunacaq", - təşkilatçılar qeyd ediblər.

Türkan Nadirqızı

Movqe.Az