Erməni bankları dollardan imtina edir

28 İyun 2014 21:09 (UTC+04:00)
Rusların dollardan imtina siyasətinə ilk səs verən ölkə Ermənistan oldu.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ermənistan bankları 23 - 27 iyun tarixində 980,2 mln rubl aldıqları halda, cəmi 150,6 mln rubl satıblar. Erməni banklarının rublu Rusiya ilə ticarətdə istfiadə edəcəyi düşünülür.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya" fraksiyasının başçısı Sergey Mironov BRICS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) iqtisadiyyatı əsasında yeni beynəlxalq rezerv valyutası yaratmağı təklif edib.

Mironov həm də təklif edib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) funksiyalarını yerinə yetirə biləcək yeni beynəlxalq kredit strukturu lazımdır. O, beynəlxalq ticarət üçün hesab sistemindən dolların keçərli olmadığı, müstəqil fəaliyyət göstərən birjalar yaratmağı da təklif edib. Alternativ kimi Mironov qızılla hesablaşmağı təklif edib.