Masallıda yol qəzası (VİDEO)

28 İyun 2014 22:00 (UTC+04:00)
Masallı rayonunun Türkoba kəndi ərazisində yol qəzası baş verib.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Boradigah qəsəbə sakini 26 yaşlı Turqut Zülfüqarov "VAZ 21011" markalı avtomaşınla Lənkəran istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn 45 yaşlı Lənkəran rayon sakini Mehman Əliyevin idarə etdiyi "QAZ 66" markalı yük maşınla toqquşub.

Nəticədə "VAZ 21011" markalı avtomaşın deformasiyaya uğrayıb. Sürücü Turqut Zülfüqarov döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb.

İlkin versiyada qəzanın baş verməsinə səbəb kimi, "QAZ 66" markalı avtomaşının dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Dəqiq səbəblər araşdırılır.