İki piyadanı maşın vurdu
28 İyun 2014 23:05 (UTC+04:00)
Abşeron rayonunda naməlum avtomobilin vurduğu iki piyadadan biri
hadisə yerində ölüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Abşeron rayonunun
Hökməli qəsəbəsinin ərazisində naməlum avtomobillə Cəlilabad rayon
sakinləri Fərhad Nuriyev və onun arvadı Səbinə Əməşova vurulub.
S.Əməşova hadisə yerində ölüb, F.Nuriyev xəstəxanaya
yerləşdirilib.
Nəsimi rayonunun ərazisində naməlum avtomaşın Bakı şəhər sakini
Cümşüd Hüseynbəylini vurub. Piyadaya xəstəxanada ilkin tibbi yardım
göstərilib.
Ağdaşda isə naməlum avtomobillə rayon sakini Seyran Yusifov
vurulub. Piyada xəstəxanaya yerləşdirilib.
Hadisələrlə bağlı cinayət işi açılıb, naməlum avtomobillərin
sürücülərinin tapılaraq məsuliyyətə cəlb olunması üçün
əməliyyat-axtarış tədbirləri görülür.