İyunun 29-na olan astroloji proqnoz

29 İyun 2014 10:09 (UTC+04:00)

QOÇ- Yalnız ikitərəfli əməkdaşlıq və sövdələşmələrdə müəyyən uğurlara yiyələnə bilərsiniz. Qalan məsələlərdə isə risk etməyə dəyməz. Hər bir söhbətdə təşəbbüskarlığı əldə saxlayın.

BUĞA- Astroloji göstəricilər bu təqvimin sizin üçün o qədər də rahat keçməyəcəyini bəyan edir. Səhhətinizlə bağlı problemlər və bəzi cəhdlərinizin boşa çıxması ovqatınızı aşağı sala bilər.

ƏKİZLƏR- Təəssüf ki, Göy qübbəsi gərgin bir gün yaşamaq ehtimalınızdan xəbər verir. Bu amili nəzərə alıb hər addımda ayıq-sayıqlığınızı artırmalısınız. Haqlı olsanız da, mübahisələrə girişməyin.

XƏRÇƏNG- İşgüzar danışıqlarda iştirak etmək üçün sərfəli vaxtdır. Bütün müsahibləriniz sizinlə razılaşacaq. Amma gərək siz də reallıqdan yararlanasınız. Kimisə aldatmaq fikrinə düşməyin.

ŞİR- Ünsiyyətdə olduğunuz insanlarla mübahisələr, o cümlədən işlə bağlı uğursuzluqlar sizi yora bilər. Bir az dincəlməyə çalışın. Pulla bağlı problemlərə görə özünüzü çox da üzməyin.

QIZ- Əgər uzaq səfərə çıxmaq planınız varsa, onu təxirə salmayın. Maliyyə çətinliyiniz olsa belə, borc götürüb yola çıxın. Çünki bu addımı atmaqla gələcək uğurlarınıza təkan verəcəksiniz.

TƏRƏZİ- Sinoptiklərlə heç də həmişə razılaşmayan ulduzlar bu təqvimin mülayim keçəcəyini bəyan edir. Odur ki, planlarınızı təxirə salmayın. Amma daxili orqanlarınıza nəzarəti də artırın.

ƏQRƏB- Ulduzların düzümü şəxsi büdcənizdə artım olacağını bəyan edir. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Nahardan sonra isə səhhətinizə bir qədər diqqət ayırın.

OXATAN- Maraqlı görüşlər yolunuzu gözləyir. Qarşıdakı həftədə atacağınız addımları reallaşdırmaq üçün bu təqvimdən maksimum bəhrələnməlisiniz. Sevgi məsələlərində isə daha səmimi olun.

OĞLAQ- Şəxsi büdcənizdə müəyyən çətinlikləriniz olsa da, gün ərzində rastlaşdığınız hadisələr əhval-ruhiyyənizi yüksəldəcək. Çalışın ki, qətiyyətsiz hərəkətlərinizə son qoyasınız.

SUTÖKƏN- Saat 12-yə qədər ümumi əhvalınız aşağı səviyyədə olsa da, sonrakı müddətdə vəziyyət xeyrinizə olacaq. Boş və mənasız şeylərə görə çılğınlıq etməyiniz əbəsdir. Təmkinli olmağa çalışın.

BALIQLAR- Durumunuzdan bəlli olur ki, məqsədlərinizi reallaşdırmaqda sizə qarşı maneələr çoxdur. Amma narahat olmağa dəyməz. Çünki enerji və gücünüz sizi qələbəyə yaxınlaşdıracaq.