Yeni evlənən cütlüyün boğazını kəsdilər
29 İyun 2014 10:12 (UTC+04:00)
Valideynlərinin razılığı olmadan ailə quran cütlüyü vəhşicəsinə
öldürüblər.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Pakistanda
baş verib.
Belə ki, gəlinin ailəsi yeni ailə quran 17 yaşlı qızla 31 yaşlı
oğlanı iyunun 26-da evlərinə qonaq çağırıblar. Valideynlərinin
razılığı olmadan nikaha girdiklərinə görə, qız və oğlanın boğazını
kəsərək öldürüblər.
Pakistan polisi cinayətin törədilməsindən bir gün sonra gəlinin
valideynlərini, babasını və bəyin iki qohumunu həbs edib. Onları
ağır cəza gözləyir.