Avtobusa minənlərə şad xəbər (FOTO)

29 İyun 2014 11:15 (UTC+04:00)
"Paytaxtda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənişinin tətbiqi prosesi ilin sonunadək tam yekunlaşacaq".

Movqe.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

"Prosesin tətbiqinin gecikməsində bir sıra obyektiv və subyektiv səbəblər var. Sistem tam təkmilləşdirildikdən sonra bütün avtobusları əhatə edəcək", - deyə nazir müavini qeyd edib.