Bakıda sərnişin avtobusunda yanğın olub

29 İyun 2014 12:00 (UTC+04:00)
Bakıda sərnişin avtobusunda yanğın olub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Sabuncu rayonunda baş verib.

Belə ki, vətəndaşa məxsus "Daf" markalı sərnişin avtobusunun 1 ədəd qabaq təkəri yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.