Kəbədə ilk təravih namazı qılındı (FOTO)
29 İyun 2014 13:18 (UTC+04:00)
Ramazan ayının ilk günündə "Məscid-ül Haram"a təşrif buyuran
minlərlə müsəlman ilk təravih namazını Kəbədə qılmaq şərəfinə nail
olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "Məscid-ül Haram"a
girə bilməyənlər isə namazlarını küçədə qılmalı olublar.
Çox sayda insan iştirakına görə ərazidə güclü təhlükəsizlik
tədbirləri görülüb. Kəbəyə yaxın prospektlərdə nəqliyyatın hərəkəti
bir müddət dayanıb. Namazda müsəlman aləminin sülh və əmin-amanlıq
şəraitində yaşaması üçün dualar edilib.
Qeyd edək ki, Kəbədə iki saat davam edən təravih namzı hər gün iki
imam tərəfindən xətmlə iyirmi rükət qıldırılır.