Kral terrorçuları əzəcəyinə and içdi
29 İyun 2014 15:18 (UTC+04:00)
Səudiyyə Ərəbistanı kralı Abdullah, şənbə günü Ramazan çıxışında
səltənətini təhdid edən terrorçuları məhv edəcəyini söz verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, xəbəri Səudiyyənin
rəsmi dövlət agentliyi yayıb. Özü də o, bu sözləri İraqda baş
qaldıran terroristlərdən ölkəni qorumaq üçün bütün lazımi
tədbirlərin görülməsi tapşırığından düz iki gün sonra deyib.
"Biz ölkəmizin, oğullarımızın və ya qorunan vətəndaşlarımızın bir
qrup terrorçunun qurbanı olmasına imkan verməyəcəyik" - deyə
Abdullah Ramazan çıxışında bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İraqla 800 km (500 mil)
həmsərhəddir.