Walmart, iPhone qiymətlərini aşağı saldı

29 İyun 2014 16:00 (UTC+04:00)

Dünyanın ən böyük pərakəndə şirkəti Walmart, iPhone 5s, 5c telefonlarında endirimə getdi. Şirkətdən edilən şərhə görə, cümə günü səhər saat 09.00 'dan sonra iPhone qiymətlərində endirim olacağını səsləndərdi.Yeni qiymətlərə görə 2 illik kontraktlı 16 gb iPhone 5s 149 dollardan, 99 dollara düşdü. 16 gb iPhone 5c isə 49 dollardan 29 dollara düşdü. Şirkət, endirimli telefon satışlarının nə zamana qədər davam edəcəyi ilə əlaqədar məlumat vermədi.


iPhone satışlarının yalnız Walmart mağazalarında ediləcəyi bildirildi. Şirkətin iPhone satışlarında endirimə getməsi, Apple-in yeni model telefonları bazara buraxacağı söz-söhbətləri gündəmə gətirdi.