Azərbaycan polisi kriminal avtoriteti tutdu (FOTO)
29 İyun 2014 17:17 (UTC+04:00)
Şəmkir polisi qanunsuz silah gəzdirən şəxsi saxlayıb.
Movqe.az-ın "Kəpəz TV"yə istinadən məlumatına görə, Rusiya
vətəndaşı olan Gülçin Yolçiyev vətəndaşlığını daşıdığı
respublikanın kriminal aləmində daha çox tanınır.
Şəmkir rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında sözügedən
rayonda anadan olan və hazırda Rusiya vətəndaşlığını daşıyan 42
yaşlı Gülçin Yolçiyev saxlanılıb.
Polislər həmin şəxsə məxsus "Mersedes E Klass" markalı avtomobildən
"Makarov" tipli tapança, xeyli miqdarda döyüş sursatı və soyuq
silah aşkarlayıb. Silah və sursatlar dərhal ekspertizaya təqdim
edilib və döyüşə yararlı olduğu üzə çıxıb.
Hələlik "Makarov" markalı tapançadan hər hansı bir cinayətdə
istifadə olunub olunmaması məlum deyil.
Rusiyanın kriminal aləmində daha çox tanınan Gülçin Yolçiyev
şübhəli şəxs qismində saxlanılıb. Onun silahı hansı məqsədlər üçün
saxladığı araşdırılır.