Rusiya vertolyotu atəşə tutuldu

29 İyun 2014 18:00 (UTC+04:00)
Somalidə Rusiyaya məxsus vertolyot atəşə tutulub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı ilə müqavilə əsasında əraziyə göndərilən Mi -8 vertolyotu naməlum silahlılar tərəfindən atəşə tutulub.

Hadisə nəticəsində vertolyotun içərisində olanlardan heç kim xəsarət almayıb.

Qeyd edək ki, Rusiyaya aid Mi-8 vertolyotu BMT ilə müqavilə əsasında bir sıra Afrika ölkələrinə getməli idi.