Həmyerlisini öldürüb polisə təslim oldu

29 İyun 2014 19:00 (UTC+04:00)
Sabirabad rayonunda bıçaqla qətlə yetirilmiş kişi meyiti tapılıb.

Movqe.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, ötən gün Sabirabad sakini Abbas Fətullayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Hadisəni qısqanclıq zəminində törətmiş şəhər sakini Araz Fərəcov könüllü olaraq Sabirabad Rayon Polis Şöbəsinə gələrək təslim olub.