Braziliyada çempionat əleyhdarların etirazları davam edir

29 İyun 2014 21:00 (UTC+04:00)
Braziliyada futbol üzrə dünya çempionatının davam etdiyi bir vaxtda da çempionat əleyhdarları etiraz aksiyalarını davam etdirir.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, ötən gün Rio-de-Janeyro şəhərində 200-ə yaxın etirazçı məşhur Marakana stadionuna yürüş ediblər. Etiraz aksiyası Kolumbiya yığmasının Uruqvay komandasını məğlub etdiyi matçla eyni vaxta təsadüf edib.

Çempionat vaxtı asayişi qoruyan hərbi polis etirazçıların stadiona daxil olmasının qarşısını alıb. Polislə qarşıdurmaya yaradan bir neçə etirazçının saxlandığı bildirilir.

Futbol üzrə dünya çempionatının keçirilməsinə etiraz aksiyaları çempionat başlamazdan bir neçə ay əvvəl başlayıb. Aksiya iştirakçıları çempionata xərclənən vəsaitin təhsil və səhiyyəyə sərf edilməsini tələb edirlər.