Donetskdə ATƏT-in 4 müşahidəçisi azad edilib

29 İyun 2014 23:04 (UTC+04:00)
Ukraynanın Donetsk vilayətində separatçıların saxladıqları ATƏT-in 4 müşahidəçisi azad edilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bir gün əvvəl müşahidəçilərdən daha biri azad olunmuşdu.

ATƏT mayın sonunda Ukraynanın şərqində separatçılar tərəfindən girov götürülmüş müşahidəçilərin azad olunduğunu təsdiq edib.

Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır.