İraq ordusu İŞİD qarşısında aciz qalıb (VİDEO)

29 İyun 2014 23:16 (UTC+04:00)
Ramazan ayının ilk günü iraqlılar üçün o qədər də asan olmayıb. İŞİD silahlı birləşməsinin silahı bu ay yerə qoyacağını düşünənlər yanılıblar. İŞİD nəyin ki, silahı buraxır, əksinə yoluna keçən qoca-uşaq bilmədən öldürür.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, İraqda hökumət qüvvələri dünən silahlılardan təmizlədəkiləri Tikrit şəhərinə nəzarəti yenidən itirib. Hərbçilərin "İraq və Şam İslam Dövləti" siilahlıları tərəfindən Tikritdən 25 kilometr cənubda yerləşən Cila şəhərinə doğru sıxışdırıldığı bildirilir.

Lakin hökumət qüvvələri Tikritə nəzarəti yenidən ələ almağa çalışır. "İŞİD" silahlıları ilə qızğın döyüşlərdə tank, zirehli texnika və aviasiya cəlb edilib.

İraq Hərb Hava Qüvvələrini gücləndirmək məqsədilə Rusiyadan "Suxoy" tipli 5 ədəd işlənmiş qırıcı təyyarə satın alıb.
Hazırda "İŞİD" silahlıları paytaxt Bağdadın 50-60 kilometrliklərində mövqe tutublar. Gərginliyi yatırmaq məqsədilə şiə dini lideri Ayətullah əl-Sistani ölkədə yeni hökumətin formalaşdırılmasına çağırış edib.