Bu rayonlarda qaz olmayacaq

30 İyun 2014 11:56 (UTC+04:00)

Təmir işləri ilə əlaqədar 2 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

2 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, abonentlərin qaz təchizatının yaxşılaşdırılması, həyətlərdən keçən qaz xətlərinin ləğv edilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək Şamaxı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Eyni zamanda, qaz nəqli sistemində aparılan quraşdırma işləri ilə əlaqədar 04 iyul 2014-cü il tarixədək Daşkəsən rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.