Qida zəhərlənmələri artmağa başlayır

30 İyun 2014 13:16 (UTC+04:00)

Qeyd edək ki, bu ilin may ayı ərzində Azərbaycanda əhali arasında 99 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 108 nəfər zərər çəkib. Ümumilikdə bu ilin ilk 5 ayı ərzində Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin statistik göstəricilərinə gəlincə, ötən müddətdə əhali arasında 395 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 439 nəfər zərər çəkib.  Ötən 5 ay ərzində 13 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 19 nəfər zərər çəkib. Bu müddət ərzində qida zəhərlənməsindən ölüm halı yalnız aprel ayında Ağcabədi rayonunda qeydə alınıb.

Mütəxəssislər məsləhət görürü ki, isti mövsümdə çöldə və açıqda satılan yeməklərdən uzaq olmaq lazımdır. Tez xarab olan potensial riskli qidaları, məsələn, ət, yumurta, süd, balıq və s. soyuducudan kənarda çox saxlamaq olmaz. Qidaların alınması, bişirilməsi və saxlanma mərhələsində gigiyenaya diqqət yetirmək də çox vacibdir.