Mariya Şarapovanı qınadılar

30 İyun 2014 14:00 (UTC+04:00)
İngiltərənin paytaxtı Londonda davam edən Wimbledon Tennis Turnirində məşhur tennisçi Mariya Şarapovanın bonibon markası "Sugarpova Candy"in satılmasını dəstəkləməsi, qidalanma mütəxəssislərinin tənqid mövzusuna çevrilib. Movqe.Az xəbər verir ki, bonibonlarla yanaşı meyvəli saqqızlar da satıldığı Sugarpova stendinin, tennis tamaşaçılarını şəkər yeməyə təşviq etdiyini söyləyən King's College diyabet və qidalanmai professoru Tom Sanders, "İdmançıların şəkər və qazlı içki kimi sağlıqsız yeməkləri satmasını qınayıram" deyib.