Azərbaycanda kolleclərə sənəd qəbulu başa çatır

30 İyun 2014 14:09 (UTC+04:00)

Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) cari ilin məzunları üçün ( 9-cu sinfi bu il bitirən) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün saat 23:59-da başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, sənə qəbuluna mayın 12-dən başlanılıb. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır.

Qeyd edək ki, bu il ilk dəfə olaraq, cari ilin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu buraxılış imtahanlarının ntəicələri əsasında aparılacaq.