Erməninin təklifi keçmədi

30 İyun 2014 14:44 (UTC+04:00)
Erməni deputatın Bakıda etdiyi təklif qəbul edilməyib. 

ANS PRESS-in məlumatına görə, bu gün Bakıda ATƏT Parlament Assambleyasının Demokratiya və İnsan Hüquqları Komitəsinin iclası keçirilib. İclasda bir çox məsələlər müzakirə edilib və səsvermə keçirilib. 

Erməni nümayədə heyətinin üzvi, "Respublikaçılar Partiyası" fraksiyasından olan deputat Artaşes Qeqamyan İnsan Hüquqları və Azadlıqları ilə bağlı ATƏT-in qanun layihəsinə düzəlişin əlavə olunmasını təkilif edib. 

Təklifdə qeyd olunub ki, ATƏT-in insan hüqlarının qorunması ilə bağlı qanununa xalqların öz müqəddəratını təyinetmə məsələsi də daxil edilisin.

İki dəfə səsvermə keçirilib. İclasın aparıcısı səsvermənin nəticələrində şübhələrin olduğunu söyləyib. Səsvermə nəicəsində bu təklifin əleyhinə 22, lehinə 20 nəfər səsə verib. 11 nəfər isə bitərəf qalıb. Səs azlığı olduğu üçün erməni deputatın təklifi qəbul edilib.