Gənclər xidmət edəcəkləri bölgəni internetdən öyrənə biləcəklər

30 İyun 2014 15:55 (UTC+04:00)

SHXÇDX-nin rəsmi saytında xüsusi bölmə bu gündən aktivləşib

Azərbaycanda iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə yollanacaq çağırışçılar xidmət edəcəkləri hərbi hissələr barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytından öyrənə bilərlər.

Movqe.az-ın məlumatına görə, SHXÇDX-nin rəsmi saytında bu məqsədlə hazırlanmış bölmə bu gündən aktivləşib.


Vətəndaşlar http://www.seferberlik.gov.az/elektron/military bölməsinə daxil olaraq, özləri barədə informasiyanı daxil etməklə, xidmət edəcəkləri hərbi hissəni öyrənə biləcəklər.