Avtodayanacaqlara kimlər nəzarət etməlidir?

7 Aprel 2012 13:46 (UTC+04:00)

Bakı şəhərində hələ qoluna qırmızı lent bağlayıb, əlində qırmızı çubuq tutan insanlara rast gəlinir. Yəqin ki, söhbətin kimdən getdiyi hər kəsə məlumdur. El arasında onlara "stoyanşik" deyirlər. Hələ sovet dövründə onlar başında olurdular. Şəhərin gur yerlərində avtomobillərin saxlanılmasıüçün nəzərdə tutulan yerlərdə mühafizəçi kimi fəaliyyət göstərirdilər. Buna görə onlara "hörmət" olunurdu. Amma bugünkü "stoyanşik"lərin fəaliyyət sferaları kifayət qədər genişdir. Ehtiyac oldu-olmadı, xahiş edildi-edilmədi istənilən yerdə onlara rast gəlmək mümkündü. Aralarındaazyaşlılar da var. Soruşanda cavab verirlər ki, məktəbə getmirlər ailələrinisaxlamaq üçün işləmək zorundadılar.

Sürücülər bildirirlərki, "stoyanşiklər" onları bezdirib. Bəziləri 20 qəpiyə razı olmurlar. Daha çox pul istəyirlər. 50 qəpik, 1 manat tələb edənlər var. Sürücülər əlavə edirlər ki, pulu verməyəndə avtomobillərin sağ-salamat qalacağına güman etmirlər. Avtomobilin bir yeri cızılsa, deşilsə bu sürücüyə daha baha başa gələr. Ona görə məcbur olub "stoyanşiklər"ə istədiklərini verirlər. Düzdür, onların arasında üzü yola olanları da var. Elələri var ki, 20 qəpikdən ötrü sürücüyə bir çox köməklik göstərirlər. Onlar üçün boş yer saxlayırlar. Avtomobilini çıxardandaarxadan başqa maşının olub-olmamasınanəzarət edir, yol göstərir s. Bəziləri hətta haqqını alaraq avtomobillər üzərində təmizlik işləri aparırlar.

Amma burada söhbət həm ondan gedir ki, "stoyanşiklər"in fəaliyyətiqanunidirmi? Onlara kim, hansı qurum nəzarət edir? Nəqliyyat Nazirliyinin mətbuat xidmətininrəhbəri Namiq Həsənov bir müddət öncə məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, dayanacaqlar "Bakısərnişinnəqliyyat" Departamenti ilə müqavilə bağlamalıdır xidmətlərinin müqabilində aldıqları pula görə çek verməlidilər.

Daxili İşlər Nazirliyininmətbuat xidmətinin rəis müavini Ehsan Zahidovda deyib ki, sürücülər yol kənarında qollarına qırmızı bağlayanlaronlardan pul istədiklərihalda dərhal "102" xidmətinə müraciət etsinlər.

Apardığımız müşahidələr göstərir ki, rəsmi qurumların açıqlamaları hələ fayda verməyib. "Stoyanşiklər" köhnə fəaliyyətlərini davam etdirirlər.

Bələdiyyə üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, bir çox ölkələrdə dayanacaqlara bələdiyyələr nəzarət edir avtomobillərbuna görə bələdiyyəyərüsum ödəyirlər: "Amma Azərbaycandabu məsələ qanunla tənzimlənmir. Kimlərsə müəyyən adamları başına yığıb onların hərəsini bir küçəyə qoyur ki, işləsinlər. Hər axşam "qlavar"ın haqqı verilir. Həmin "qlavar" hansısa dövlət qurumunun işçisi ola da bilər, olmaya da. Azərbaycanda bu məsələyə nəzarət olunmur tam qanunsuz fəaliyyət göstərirlər".

İ.Hüseynli hesab edir ki, dayanacaqlar ya tam olaraq bələdiyyələrin nəzarətinəverilməli, ya da səlahiyyətNəqliyyat Nazirliyinin "Sərnişinnəqliyyat" Departamentinə verilməlidir".

İ.Hüseynli əlavə etdi ki, ümumiyyətlə dayanacaqlara nəzarət olunmalıdır: "Bütün dünyada dayanacaqlara nəzarət olunur. Nəzarətə görə sürücü vəsait ödəyir. Məsələn, Türkiyədə dayanacaqdanistifadəyə görə vəsaitlər insanların əlinə verilmir, xüsusi kassalara verilir sürücüyə kart təqdim olunur. Sürücü avtomobilini dayanacaqdançıxaranda kartını kassaya təhvil verir. Azərbaycandada belə bir sistemin yaradılmasına ehtiyac var".

R.XƏLİLOV