Ekoloji qanunvericiliyin pozulmasına görə 138 min manat cərimə tətbiq edildi
5 İyul 2012 13:00 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları
tərəfindən ötən ayın ikinci yarısında ölkə ərazisində ekoloji
qanunvericiliyin pozulması ilə bağlı 133 fakt müəyyən
edilib.
Ümumilikdə, 29
iş üzrə 137 900 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə
dəymiş ziyana görə 11 iş üzrə 2457,67 manat məbləğində iddia
qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına
görə hüquqi və fiziki şəxslərə 168 iş üzrə 29061,37 manat
məbləğində ödəmə tətbiq edilib.
Türkan Nadirqızı
Movqe.Az