Selfmite soxulcanı Android telefonlarına zərər verir

30 İyun 2014 19:11 (UTC+04:00)

Qısa mesaj yoluyla yayılmağa başlayan bir soxulcan, Androidli telefonlara təhlükə saçır. 


Movqe.Az xəbər verir ki, selfmite adındakı soxulcan, bulaşdığı istifadəçinin ünvan dəftərindəki şəxslərə avtomatik olaraq qısa mesajlar göndərir. Haqqında danışılan SMS, belə görünür: "Dear [ad], Look the Self-time, http://goo.gl/ [ünvan]" 


İstifadəçi, qısaldılmış əlaqəyə basdıqda, simvolu telefondakı menyulara bənzəyən bir APK faylı endirilir. APK faylı aktivləşəndə, ünvan dəftərindəki adları oxuyur və 20 fərqli insana mesaj göndərir.