Rəqsanənin konserti təxirə düşdü ?

30 İyun 2014 18:20 (UTC+04:00)

Bu gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılova solo konsert proqramı ilə çıxış edəcək. Lakin hava şəraitinin küləkli və ara-bir yağışlı keçməsi bəzi insanlarda konsertin təxirə düşməsi ehtimalını yaradıb.

Müğənni özü Movqe.az-a açıqlama verib ki, konsert təxirə düşməyəcək. Səhnəyə çıxmaq üçün hazırlaşan sənətçi tamaşaçılarının "Sevgililər gün"ünə həsr edilən konsertinə gələcəklərini bildirib:

"Səhərdən yüzlərlə zəng olub. Hamı hava şəraitindən asılı olmayaraq konsertə gələcəklərini bildirib. Mən də böyük əhval-ruhiyyə ilə onların qarşısına çıxıb, mahnılarımı səsləndirəcəm".

Xatırladaq ki, konsertə giriş sərbəstdir. Bilet satışı olmayıb.