AzTV-dən Mətanət İsgəndərli ilə bağlı qərar

30 İyun 2014 19:15 (UTC+04:00)

Müğənni Mətanət İsgəndərlinin Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi fəaliyyətinə xitam verilib.

Movqe.az-ın məlumatına görə,axar.az xəbər verir ki, bu sözləri müğənni özü bu gün Nərimanov rayon Məhkəməsində baş tutan məhkəmə prosesində bildirib.

O, işdən uzaqlaşdırılmasının səbəbini izah etməyib.

Qeyd edək ki, bu gün Mətanət İsgəndərlinin "Aznews.az" saytının Baş redaktoru Elçin Zahiroğluna qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə prosesi keçirilib. Müğənni özü haqda narkotik istifadəçisi olması iləbağlı yayımlanan informasiyaya görə baş redaktorun həbsini istəyir.