Cennifer Lopez bu pəhrizlə 8 kiloqram arıqladı

1 İyul 2014 10:40 (UTC+04:00)

Tanınmış müğənni Cennifer Lopez 8 kiloqram arıqlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, vegeterianlara məxsus pəhrizlə buna nail olub. 


İfaçı bildirib ki, ət və yağ yeməyib. Bundan əlavə, heyvan mənşəli bütün qidalardan imtina edib.  Bunlar atasında kərə yağı, pendir və süd var. Müğənni qida rasionuna tərəvəzlər, fındıq, meyvə və göyərti məhsulları daxil edib. Bunun sayəsində 8 kiloqram arıqladığını vurğulayan Cennifer yalnız kərə yağı üçün darıxdığını söyləyib. Onun sözlərinə görə, pəhriz onun arıqlamasına kömək etməklə yanaşı, əhval-ruhiyyəsinin də müsbətə köklənməsinə şərait yaradıb.