"Yaşıllıqların mühafizəsi haqqında" qanununun tətbiqi başlayır .
Ölkə başçısı "Yaşıllıqların mühafizəsi haqqında" qanununun tətbiqi barədə fərman verib.
Movqe.az-ın məlumatına görə, fərmanda deyilir ki, Nazirlər Kabineti 3 ay müddətinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Yaşıllıqların mühafizəsi haqqında" qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;
Həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
Həmin Qanunun 3-cü maddəsində nəzərdə tutulan həyətyanı və bağ sahələrinin hüququ statusunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.