Azərbaycanda ağır yol qəzası: 4 ölü, 2 yaralı

5 İyul 2012 13:11 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Hadisə zamanı 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. 

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında verilən məlumata əsasən, Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində Qobustan rayonu ərazisində "Mercedes" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobilin sürücüsü və "VAZ-21015" markalı avtomobildə şəxsiyyətləri məlum olmayan 5 nəfər sərnişindən biri xilas edilsə də, 4 nəfər aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişib.

Hadisə ilə müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Türkan Nadirqızı

Movqe.Az