Ona artıq "Nokia" deməyəcəksiniz!

1 İyul 2014 12:02 (UTC+04:00)

Microsoft tərəfindən satın alındıqdan sonra taleyi dəyişən Nokia markasının yeni adının nə olacağı dəqiqlik qazanıb. 


Movqe.Az xəbər verir ki, Microsoftun Nokianı satın almasından bu yana cavabını tapa bilməyən ən əhəmiyyətli sual, şübhəsiz yeni cihazların üzərində hansı markanın olacağıdır. Bir iddia Nokia markasının öləcəyini , digər bir iddia isə Microsoftun, Nokia markası ilə telefon çıxarmağa davam edəcəyi istiqamətində idi. Lakin indi, sızıntılarıyla məşhur @ evleaks, fərqli bir iddia ilə ortaya çıxıb. 


Son iddiaya görə, yeni cihazlarda həm Nokia, həm də Microsoft markası olacaq. Başqa cür iki marka birləşəcək və qarşımıza, "Nokia by Microsoft" olaraq çıxacaq. 


Daha da maraqlı bir iddia isə, bu mərhələdən sonra, Microsoftun Surface markasını öldürəcəyi və yoluna, tablet bazarında da Nokia by Micrsoft markasıyla davam edəcəyi istiqamətindədir.